KXDR yenidən cənub qonşusuna zibil şarları göndərib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Seul rəsmiləri məlumat yayıb.
"Şimali Koreya yenidən cənuba doğru zibil şarları buraxır", - deyə Seul meriyasından bildirilib.
Sonuncu dəfə oxşar hadisə sentyabrın 18-də baş vermişdi.
Qeyd edək ki, indiyədək belə aksiyalar dəfələrlə təkrarlanıb. Pxenyan cənubi koreyalı fəalların təbliğat vərəqələri atılmasını cavabsız qoymayacağını bəyan edib.
Rəylər