Fransanın paytaxtı Parisin ətrafındakı qəsəbələrdən birində avtomobillə tullanma üzrə yeni dünya rekordu qeydə alınıb.
Ən yeni "Nissan Qashqai" markalı avtomobil sürücüsü ilə birlikdə 65 metr hündürlükdən kəndirlə yerə atılıb.
Oxu.Az xəbər verir ki, müvafiq video artıq Ginnesin Rekordlar Kitabının rəsmi "YouTube" kanalında yayımlanıb.
Maşını fransalı yarışçı və kaskadyor Loran Laskom idarə edib. Avtomobildən lazımsız hər şey çıxarılıb, yalnız ön panel və sürücü oturacağı qalıb.
Rekord insidentsiz qeydə alındıqdan sonra avtomobil və sürücü uğurla yerə endirilib.
Fransanın paytaxtı Parisin ətrafındakı qəsəbələrdən birində avtomobillə tullanma üzrə yeni dünya rekordu qeydə alınıb.
Rəylər