Məşhur amerikalı kinorejissor Stiven Spilberq kinoda debütünün 50-ci ildönümünü qeyd edərkən gözlənilməz problemlə qarşılaşıb.
Məlumata görə, çıxışı zamanı onun "Apple Watch" saatından yüksək tonda səs eşidilib.
Hadisə, saatın səhvən Spilberqin yıxıldığını zənn etməsi və SOS rejimini aktivləşdirməsi səbəbindən baş verib. Bu xoşagəlməz hadisə həyəcana və rejissorun nitqinin kəsilməsinə səbəb olub.
Spilberqə səsi dayandırmaq üçün sadəcə "Bağla" düyməsini basmaq kifayət etsə də, görünür, çaşqınlıq içinə düşüb və saatı çıxararaq yerə atıb. Lakin bundan sonra da cihaz yüksək səs çıxarmağa davam edib və Spilberq "Apple Watch"u götürməli, bildirişi bağlamalı və çıxışına davam etməli olub.
Stiven Spilberq çıxışı zamanı saatına əsəbləşib yerə çırpdı
Mənbə: Gazeta.ru