"NATO Çini rəqib hesab etmir, lakin alyans rəsmi Pekinin öz dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır".
Bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.
"NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur".
Bundan əlavə, NATO baş katibi Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham edib. Yens Stoltenberq bildirib ki, bununla Pekin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.
Mənbə: Yomiuri
Rəylər