Polşa NATO üzvü kimi Ukrayna hava məkanında Rusiya Silahlı Qüvvələrinin raket və təyyarələrini vurmayacaq.
Oxu.Az xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Y.Stoltenberqin sözlərinə görə, NATO Rusiya-Ukrayna münaqişəsində iştirak etməyəcək.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirmişdi ki, Varşava Rusiya raketlərini Ukrayna üzərindən vurmaq imkanını nəzərdən keçirir.
Rəylər