"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Əfqanıstan xalqına alyansın qoşunlarının ölkəni yalnız "Taliban" hərəkatının nümayəndələrinin ora qayıtmaması şərti ilə tərk edəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirə bilməyib".
Oxu.Az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Financial Times" (FT) qəzetinə müsahibəsində deyib.
"Mən onlara dedim: "Bizim Əfqanıstanı tərk etməyimiz müəyyən şərtlərə bağlıdır. Biz yalnız o zaman oranı tərk edəcəyik ki, əfqanlar öz ölkələrini müdafiə edə biləcək və "Taliban" hərəkatının geri qayıtmayacağına zəmanət verəcəyik" , - deyə nəşr keçmiş baş katibin sözlərindən sitat gətirir.
Stoltenberq ABŞ seçkisinin Rusiya-Ukrayna münaqişəsinin həllinə təkan verə biləcəyini də vurğulayıb və Şimali Atlantika Alyansının Kiyevə daha çox yardım göstərməməsindən təəssüfləndiyini bildirib. Onun fikrincə, Ukrayna müharibə zamanı nəzarəti itirdiyi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər.
Həmçinin, Stoltenberqə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarından söhbət getsə, nə məsləhət görəcəyi barədə sual verilib və cavab olaraq, o, SSRİ ilə Finlandiya arasında bağlanan sülh müqaviləsini xatırladıb.
"Finlər Qırmızı Orduya onlardan gözləniləndən daha çox ziyan vurdular. Müharibə onların ərazilərinin 10%-ni itirməsi ilə başa çatdı. Lakin onlar təhlükəsiz sərhəd əldə etdilər" , - Stoltenberq qeyd edib.
Rəylər