İsrail hava qüvvələrinin İranda zərbə endirdiyi hərbi obyektlərin, SEPAH-ın bir sıra postlarının, eləcə də Tehranda yerləşən mühüm hərbi infrastrukturların adları açıqlanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Araz News"a istinadla xəbər yayıb.
Məlumata görə, hərbi obyektlər arasında Həsən Xan qalası ərazisindəki Qədiri postu, Bidgənə kəndində Fələq, İmam Əli postu, Tehran əyalətindəki Hakimiyə bölgəsindəki post, Rey şəhərindəki kazarma, Əbülfəth kazarması, o cümlədən radar və S-300 raket sistemlərinin yerləşdiyi Şəhid Babayi bazası var.
Qeyd olunub ki, hələlik hücumlar zamanı dəymiş ziyanın məbləği bəlli deyil.
Tehranın cənubunda, Şəmsabad sənaye şəhərində yerləşən "Taksaz" zavodu da İsrailin hava zərbələrindən zərər çəkib.
Bu barədə "Azad İran" "Telegram" xəbər verib.
Bildirilib ki, hücumdan sonra bu əraziyə gedən bütün giriş yolları güc strukturları tərəfindən bağlanıb.
Qeyd olunub ki, dəymiş ziyanın dəqiq məbləği hələ açıqlanmır, lakin yolların bağlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu məkanın İranın hərbi infrastrukturunda əhəmiyyətli olduğunu göstərir.
Zavodun zərbələrdən sonrakı vəziyyətini əks etdirən görüntülər yayılıb:
Rəylər