İsrailin ötən gecə raket hücumları zamanı öldürülən digər iki iranlı hərbçi Səccad Mənsuri və Mehdi Nəqəvidir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bununla da, İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı ümumilikdə dörd nəfərə çatıb.
İsrailin İrana hücumu zamanı həlak olan iki hərbçinin kimliyi açıqlanıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Tasnim News" agentliyi xəbər verib.
Bildirilir ki, ötən gecəki hücumlarda Məhəmmədmehdi Şahruxifər və Həmzə Cahandide həlak olub.
Ötən gecə İsrailin İrana endirdiyi hava zərbələri zamanı iki əsgər həyatını itirib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran ordusu bəyan edib.
Bildirilib ki, hər iki əsgər hücumların qarşısını alarkən həlak olub.
Rəylər