Noyabrın 8-də Xankəndi Şəhər Stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib.
"Report" xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar konserti böyük maraqla izləyiblər. Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında rəngarəng musiqi nömrələri, o cümlədən vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq coşqu ilə qarşılanıb.
8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Ərazidə xidmət edən "N" saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.
Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edirlər.
Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.
"Trend" yürüşdən görüntüləri təqdim edir:
Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
Rəylər