"Ekzistensial təhlükə yaranarsa, Tehran nüvə doktrinasını yenidən nəzərdən keçirə bilər".
Bunu İranın ruhani lideri ayətullah Əli Xameneinin müşaviri və İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.
O, Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində vurğulayıb ki, İran nüvə silahının yaradılmasının əleyhinədir və Xamenei atom bombasının yaradılmasının islama zidd olduğunu bildirən fətva verib.
"Bununla belə, ekzistensial təhlükə ilə üzləşərsə, Tehran, təbii ki, öz doktrinasını dəyişməli olacaq", - deyə liderin müşaviri əlavə edib.
Xatırladaq ki, Xərrazi may ayında Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə İranın mövcudluğuna dair təhlükə yaranarsa, Tehranın hərbi doktrinasını dəyişməkdən başqa yolunun qalmayacağını bildirib.
Mənbə: TASS
Rəylər