Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tətil səbəbindən "Volkswagen"in doqquz zavodu bağlanıb
Almaniyada avtomobil və ehtiyat hissələri istehsal edən "Volkswagen" konserninin doqquz zavodunun işçilərinin tətili bəzi müəssisələrin bağlanmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tətil "Volkswagen"in maaşları 10% azaltmaq planlarına etiraz olaraq keçirilir.
"IG Metall" həmkarlar ittifaqının nümayəndələri şirkət rəhbərliyi ilə danışıqların növbəti mərhələsi heç bir nəticə vermədikdən sonra genişmiqyaslı tətilin keçirilməsinə qərar verib. "Volkswagen" istehsal şurasının rəhbəri Daniela Kavallo bildirib ki, danışıqların dördüncü raundu dekabrın 9-na planlaşdırılıb və bu, tərəflərin ortaq dil tapmasına, ya da gərginliyin artmasına gətirib çıxaracaq.
"Volkswagen" 87 illik tarixində ilk dəfə Almaniyadakı zavodlarını bağlamağı planlaşdırır. Şirkət xərcləri azaltmaq və mənfəəti artırmaq üçün bu addımı atmağa hazır olduğunu izah edib. Avropalı avtomobil istehsalçıları zəif tələbat, yüksək istehsal xərcləri, Çin avtomobil istehsalçılarının rəqabəti və elektrikli avtomobillərə gözləniləndən daha yavaş keçidlə üzləşirlər.
Rəylər