Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Toyota "GR Supra"nın son xüsusi versiyasını təqdim etdi
Toyota şirkəti "GR Supra" sportkarının yeni xüsusi versiyasını - "Toyota GR Supra A90 Final Edition"ı təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Məlumata görə, bu model istehsalı başa çatmaqda olan hazırkı nəsil "GR Supra"nın kulminasiya nöqtəsidir.
"Toyota GR Supra A90 Final Edition" şirkətin "Gazoo Racing" bölməsi ilə əməkdaşlıqda, yarışlarda əldə edilmiş təcrübəyə əsaslanaraq işlənib hazırlanıb.
Avtomobil üç litrlik mühərriklə təchiz olunub, onun gücü 250 kVt-dan (340 at gücünə) 320 kVt-a (435 at gücünə) yüksəlib. Yeni məhsulun maksimal sürəti 270 km/saatdır.
Həmçinin, dəyişdirilmiş asqıya və təkmilləşdirilmiş aerodinamikaya malik "Toyota GR Supra Lightweight Evo" təqdim olunub. Hər iki avtomobil üçün sifarişlər 2025-ci ilin yanvar ayından qəbul ediləcək.
"Avto-moto" teqi üzrə xəbərlər
- Avtomobil nəhəngi "Nissan" iflasın astanasında: Şirkət bəyanat verdi
- ABŞ-də "Tesla Cybertruck" pikapı qəza törətdi: Ölənlər var
- Ən zəif yerlər: Çin maşınları ən çox haradan paslanır? - Mütəxəssisdən AÇIQLAMA
- "Toyota" ən qədim idman kupesini "dirildəcək"
- "Jaguar" təxminən 3 min krossoverini geri çağırır
Rəylər