Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Toyota" ən qədim idman kupesini "dirildəcək"
Yaponiya avtomobil istehsalçısı "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Motor1.com məlumat yayıb.
"Toyota"nın "Celica"nı yenidən istehsal edəcəyi barədə xəbərlər ilk dəfə 2023-cü ildə yayılmışdı.
Həmin vaxt Yaponiyada keçirilən avtoralli çərçivəsində "Toyota"nın direktorlar şurasının sədri Akio Toyoda bu modelə olan sevgisindən bəhs etmişdi. Bunun ardından, aprel ayında vəzifəyə başlayan "Toyota Motor"un yeni prezidenti Kodzi Sato "Celica"nı yenidən istehsal etməklə bağlı istəklərini ifadə etmişdi.
Beləliklə, "Toyota Celica" sevənlər üçün əfsanəvi modelin geri dönüşü reallaşacaq.
"Toyota" teqi üzrə xəbərlər
- "Toyota" və "Subaru" müştərək elektrik krossoverini buraxacaqlar
- VAZ-2107 dünyanın ən populyar avtomobilləri sırasında
- "Toyota" Çinin BYD konserninin aqreqatlarına malik yeni modelini təqdim etdi
- "Toyota"nın ən etibarlı mühərriki hansıdır?
- "Toyota Tacoma"nı sörfinq üçün dalğayaradan maşına çeviriblər
Rəylər