"Toyota Tacoma"nı sörfinq üçün dalğayaradan maşına çeviriblər.
Oxu.Az bu barədə motor.ru-ya istinadən xəbər verir.
Qeyri-adi texnikanı sörfinqçi Ben Qreyvi öz komandasının dəstəyi ilə hazırlayıb. Modifikasiya prosesində yapon pikapı kuzanın ön hissəsinə bərkidilmiş bir neçə faner lövhəsi ilə təchiz edilib. Nəticədə, özəl düzəldilmiş avtomobil sakit suda dayaz yerlərdə kiçik dalğalar yarada bilir.
Analoji olaraq qar təmizləyən maşınlar avtomobil yollarından qarı eyni üsulla təmizləyirlər.
Həllin orijinallığına baxmayaraq, bu pikap, çox güman ki, uzun müddət xidmət etməyəcək. Bu konstruksiya yəqin ki, suyun yüksək təzyiqinə davam gətirməyəcək. Həmçinin mühərrik bölməsinə və kabinəyə su düşmə ehtimalı böyükdür. Bundan əlavə, qumlu dib təkərlərin səthə lazımi ilişməsini təmin etmir. Böyük ehtimalla, qeyri-adi "Toyota Tacoma" yalnız birdəfəlik nümayiş üçün yaradılıb.
Rəylər