Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elton Con korluqla mübarizə aparır: Yeni albom təhlükə altındadır
Britaniyalı müğənni Elton Con yeni albomu üzərində işini tamamlamaqda çətinlik çəkir. Buna səbəb onun görmə qabiliyyətində yaranan ciddi problemlərdir.
Oxu.Az xəbər verir ki, 77 yaşlı sənətçi "Good Morning America" proqramında verdiyi açıqlamada dörd aydır sağ gözündə zəif görmə, sol gözündə isə ciddi problemlərin olduğunu bildirib. Elton Con qeyd edib ki, müsahibə verməkdə çətinlik çəkməsə də, mahnı mətnlərini oxuya bilmədiyi üçün studiyada işləyə bilmir.
Sənətçi hazırda göz infeksiyası ilə əlaqədar müalicə aldığını, lakin bərpa prosesinin uzun çəkdiyini vurğulayıb.
Qeyd edək ki, Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb. Onun 52 sinqlı Britaniya Top-40-a daxil olub, ABŞ-də isə 23 sinqlı Top-40-a yüksəlib. Onun ən məşhur sinqllarından biri olan "Candle in the Wind" 1997-ci ildə 37 milyon nüsxə ilə satış rekordu qırıb.
Rəylər