Donald Trampa qarşı sui-qəsd cəhdi edən atıcı Tomas Metyu Kruks 1963-cü ildə Dallasda Li Harvi Osvald tərəfindən Con Kennedinin öldürülməsi ilə bağlı internetdə axtarış edib.
Bu barədə Oxu.Az MK.ru-ya istinadən bildirir.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında verdiyi ifadədə istintaqın təfərrüatını açıqlayıb.
Onun sözlərinə görə, iyulun 6-dan bəri Tomas Metyu Kruks Tramp və onun mitinqi ilə bağlı ətraflı məlumat toplayıb.
O, "Google"da etdiyi axtarış zamanı bu sualı verib: "Osvald Kennedidən nə qədər məsafədə olub?"
Rəylər