Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ KİV-ləri məlumatlar dərc edib.
Onun Şimali Karolinadan olan 58 yaşlı Rayan Uesli Rout olduğu ortaya çıxıb. O, Ukraynanı dəstəkləyib və Ukrayna Silahlı Qüvvələrinə əcnəbilərin cəlb olunması ilə məşğul olub.
ABŞ KİV-lərinin yazdığına görə, Rout avtomatın lüləsini Uest-Palm-Biç qolf klubunun hasarından keçirərək sahədə qolf oynayan Trampı nişan almağa başlayıb və bu zaman məxfi xidmət onu görüb və atəş açıb. O, siyasətçidən bir neçə yüz metr aralıda olub.
Rout həmin vaxt qaçmağa müvəffəq olub, lakin hadisə şahidlərinin köməyi sayəsində tezliklə saxlanılıb. Bu zaman o, qızının avtomobilini idarə edib və yanında silah olmayıb. Daha sonra təhlükəsizlik əməkdaşları içərisində optik nişangahı olan pulemyot, iki bel çantası və "GoPro" kamerası olan anbar tapıblar. Anbar qolf meydançasının yanındakı kolluqlarda, Trampın oynadığı yerdən aralıda olub.
Ukraynanın qızğın tərəfdarı olan Rayan Uesli Rout 2022-ci il aprelin 9-da öz sosial şəbəkə hesabında Kiyevə getdiyini yazıb. Orada Rout Rusiyaya qarşı müharibəyə muzdlular toplayıb. Həmçinin ABŞ hərbçilərinin Ukraynada mülki şəxs kimi döyüşə bilmələri üçün hamısının məzuniyyətə göndərilmələrinə çağırış edib.
Qeyd edək ki, 2016-cı ildə Rout Trampa səs verib, lakin onunla bağlı məyusluq yaşayıb və Demokratlar Partiyasını dəstəkləməyə başlayıb.
Routun "LinkedIn" profilində göstərildiyinə görə, o, 2018-ci ildə Şimali Karolinanın Kənd Təsərrüfatı və Texniki Elmlər Universitetində təhsil alıb, daha sonra Havay adalarına köçüb.
Rout "Camp Box Honolulu" adlı tikinti şirkətinin sahibidir. O, Floridada nə işlə məşğul olduğunu isə polisə izah edə bilməyib.
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Rəylər