Türkiyənin Elazığ vilayətində polis qrupları tərəfindən dilənçilərə qarşı əməliyyat keçirilib. Bir dilənçinin gündə 10 min 780 Türkiyə lirəsi (555 manatdan çox) toplaması isə görənləri heyrətə gətirib.
Bu barədə Oxu.Az İHA-ya istinadən bildirir.
Aparılan araşdırmalar çərçivəsində xüsusilə məscidlərin qarşısı və insanların tez-tez istifadə etdiyi ərazilərə üstünlük verən dilənçilər saxlanılaraq polis məntəqəsinə gətiriliblər. Axtarışlar zamanı təkcə bir dilənçinin üzərindən 10 min 780 lirə tapılıb və müsadirə olunub, özünə qarşı isə qanun pozuntusu ilə bağlı tədbir görülüb. Dilənçinin bu məbləği bir gündə yığdığı məlum olub.
"Vətəndaşlarımıza bunları demək istəyirik. İnsanlarımızın dini hisslərini istismar etməklə onların gündəlik qazandıqlarını görürsünüz. Vətəndaşlarımızdan xahiş edirik ki, belə insanlara kömək etməsinlər. Ehtiyacı olanlara kömək etsinlər. Dilənçiləri saxlayanda vətəndaşlarımız müdaxilə edib qarışmamağımızı deyirlər, amma işi olmayanın gündəlik qazancı 10 min 780 lirədir. Minimum əməkhaqqı ilə işləyən vətəndaşın bir ayda qazandığı qədər pulu bunlar bir gündə qazanırlae", - deyə Elazığ Bələdiyyəsi polis rəisi Kadir Temur qeyd edib.
Türkiyədə dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi
Rəylər