İzmirin Karşıyaka rayonunda, Yamanlar dağında davam edən yanğın küləyin təsiri ilə böyüyüb və yaşayış məntəqələrinə yaxınlaşıb.
Oxu.Az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təbii fəlakətlə əlaqədar Doğançay və Sancaklı məhəllələri təxliyə edilib. Bir neçə ev yanğından zərər görüb.
Qeyd edək ki, meşə yanğınları Türkiyənin digər ərazilərini də cənginə alıb. Belə ki, Bolu şəhərində dünən günorta saatlarında başlayan və küləyin təsiri ilə təxminən 100 hektar əraziyə yayılan meşə yanğını 21 saatdır, davam edir. Boludakı yanğının tüstüsü Eskişehir səmasını bürüyüb.
Manisada isə meşə yanğını üçüncü gündür ki, davam edir.
Türkiyədə meşə yanğınları: İzmir, Bolu, Manisa təbii fəlakətin cəngində
Rəylər