Karamanda (Türkiyə) kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun yoldan çıxaraq xəndəyə aşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu barədə Oxu.Az Haber Global-a istinadən xəbər verir.
Hadisə Karaman-Mersin yolunun 15-ci kilometrliyində baş verib.
Mikroavtobusun şam ağaclarına çırpılaraq aşdığı bildirilib.
Qəzada Feride Keskin (59 yaş) və Adem Poyraz (8 yaş) həyatını itirib, 13 nəfər yaralanıb. Yaralıların Karaman Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirildiyi vurğulanıb.
Rəylər