"Dünyanın ən böyük pilotsuz uçuş aparatı (PUA) istehsalçısı olan Türkiyə, insansız və avtonom döyüş platformalarının inkişafına diqqət yetirəcək və ölkəyə qarşı hər hansı təhlükənin qarşısını almaq üçün çoxsəviyyəli "Polad günbəz" hava hücumundan müdafiə sistemi yaradacaq".
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilk milli çoxməqsədli "T625 GÖKBEY" helikopterinin jandarma qüvvələrinə təhvil verilməsi mərasimində deyib.
"Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünyadakı bütün PUA satışlarının 65%-i türk şirkətlərinin payına düşür. Pilotsuz aparatların istehsalı ilə yanaşı, yaxın gələcəkdə biz diqqəti müxtəlif döyüş platformalarının - pilotsuz uçuş aparatlarından və avtonom dəniz aparatlarından tutmuş sualtı platformalara və aviadaşıyıcılara qədər inkişaf etdirməyə yönəldəcəyik", - Ərdoğan bildirib.
Rəylər