İlk milli “Altay” tankları sınaq üçün Türkiyə silahlı qüvvələrinə təhvil verilib.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində məlumat verib.
“Biz qəhrəman ordumuza Türkiyənin müasir əsas döyüş tankına çevriləcək yeni nəsil “Altay” tankını təhvil veririk”, - deyə o yazıb.
Tankların sınaqlarının təxminən iki il çəkəcəyi gözlənilir.
Qeyd edək ki, döyüş maşını 1919-1923-cü illərdə Türkiyə Qurtuluş Savaşında vuruşmuş general Fəxrəddin Altayın xatirəsinə adlandırılıb. Tank demək olar ki, tamamilə Türkiyə müdafiə müəssisələri tərəfindən hazırlanıb. Cənubi Koreyanın “Hyundai” şirkətindən ölkəyə verilən lisenziyalar əsasında 120 mm-lik top da daxil olmaqla ayrı-ayrı silah elementlərinin istehsalına qərar verilib.
65 tonluq hərbi maşın tank əleyhinə raket sistemləri və yeni nəsil zirehlərə qarşı aktiv müdafiə sistemi ilə təchiz edilib. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.
“Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan alman “Leopard”ları və Amerika M60 tanklarını əvəz edəcək.
Türkiye’nin modern ana muharebe tankı olacak yeni nesil Altay tankını kahraman ordumuza teslim ediyoruz.https://t.co/WEBtf7oK1Y
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 23, 2023
Rəylər