Qədim arxitekturaya malik 47 yaşayış məskəni ilə Yunanıstanın şimalındakı tarixi Zaqori bölgəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilərək oradakı 19-cu yunan ərazisi olub.
UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomonun iştirakı ilə Zaqori şəhərinin qurumun bu siyahısına rəsmi daxil edilməsi mərasimi Yannina şəhərindən 25 km şimalda yerləşən Vitsa dağ kəndində (Zaqori icması) baş tutub.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mərasimdə vurğulayıb ki, Zaqorinin UNESCO-nun Ümumdünya İrs Siyahısına yazılması təkcə Yunanıstan üçün şərəf deyil:
"Bu, regionu iqlim böhranı nəticəsində yaranan müasir təhlükələrdən, eləcə də insan müdaxiləsindən qorumaq üçün praktiki öhdəliklərə ekvivalentdir".
Mənbə: TASS