Sentyabrın 27-də "Xaç atası"nın rejissoru Frensis Ford Koppolanın yeni filmi olan "Meqapolis"in dünya premyerası baş tutub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, artıq həm tənqidçilər, həm də adi tamaşaçılar filmə baxıb və bu barədə öz fikirlərini formalaşdırıblar.
İkincilər "CinemaScore" aqreqatorunda filmə D+ reytinqi veriblər ki, bu da "Morbius"dan (C+) daha aşağıdır. Bu reytinq birbaşa filmin premyerasında kinosevərlər arasında keçirilən sorğu əsasında formalaşır.
Qeyd edək ki, film tamaşaçıları gələcəyə aparır. Burada dahi bir memar Nyu-Yorku yenidən qurmaq və onu "dünyanın paytaxtına çevirmək" istəyir, lakin acgöz merin müqaviməti ilə üzləşir.
Rəylər