"Əgər İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran bütün gücü ilə "Hizbullah"a dəstək verəcək".
Bu sözləri İranın ali dini rəhbəri Əli Xameneinin müşaviri, eyni zamanda İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.
K.Xərrazi söyləyib ki, "Hizbullah"ı təkcə İranın dəstəklədiyini iddia etmək səhvdir.
"Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxu Livanı İsrailə qarşı dəstəkləyəcək", - K.Xərrazi vurğulayıb.
Mənbə: Financial Times
Rəylər