Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiya “Fukusima-1” AES-dən ilk su partiyasının axıdılmasını başa çatdırıb
Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru olan “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin əməkdaşları atom stansiyasından təmizlənmiş suyun birinci partiyasının okeana axıdılmasını başa çatdırıblar.
Məlumata görə, birinci partiyanın həcmi təxminən 7,8 min ton maye olub. TEPCO-nun işçiləri atom elektrik stansiyasında yerləşən avadanlığı yoxlayacaqlar, bundan sonra sentyabrın sonuna kimi analoji ölçüdə ikinci su partiyasının boşaldılmasına başlayacaqlar.
Qeyd edək ki, 2011-ci ilin martında sunami nəticəsində zədələnmiş reaktorların soyudulması üçün istifadə edilən “Fukusima-1” AES-in ərazisindəki çənlərdə 1,25 milyon tondan çox su yığılıb.
Mənbə: Kyodo
Rəylər