İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədi Qəzza zolağında saxlanılan israilli girovlarla dəyişdirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd olunub ki, öldürüldükdən sonra Yəhya Sinvarın cəsədi İsrailə aparılıb və gizli yerdə saxlanılır. Hazırda İsrail tərəfi danışıqlar zamanı onu İsrailli girovlarla dəyişdirmək barədə şərt irəli sürməyə hazırlaşır.
Məlumat üçün əlavə edək ki, Təl-Əviv keçən il oktyabrın 7-də HƏMAS-ın keçirdiyi hücuma görə məsuliyyət daşıyanlardan birinin də məhz Yəhya Sinvar olduğunu bildirmişdi.
Rəylər