"Ukrayna münaqişəni 2025-ci ildən gec olmayaraq dayandırmaq istəyir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində bildirib.
"Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru aparmaq üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq" , - o bəyan edib.
Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunacaq sənəd hazırlayacaq. Lakin dövlət başçısı bu konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.
Rəylər