"Hallesker" "Pauli" arasında keçirilən Almaniya kuboku oyunundan sonra azarkeşləri evinə daşıyan mikroavtobus tramvayla toqquşub, nəticədə beş nəfər ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, 15-57 yaşları arasında olan səkkiz nəfərdən beşi ağır, üçü isə yüngül yaralanıb. Mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 40 yaşlı şəxs isə yanğınsöndürənlər tərəfindən çıxarılıb.
Xəsarət alanların hər biri xəstəxanaya yerləşdirilib. Klub rəsmiləri yaralıların hər birinin müalicəsini qarşılayacaqlarını bildiriblər.
Qeyd edək ki, "Hallesker" "Pauli" görüşü qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Rəylər