"Bavariya" klubunun futbolçuları Almaniya Kubokunun 2023/24 mövsümünün rəmzi komandasına daxil edilməyiblər.
Məlumata görə, Almaniya Kubokunda mövsümün ən yaxşı futbolçularının siyahısı "Sofascore" tərəfindən təqdim olunub.
Həmin siyahıda "Bayer 04"dən Amin Adli, Florian Virtz və Qrimaldo, "Herta"dan (Berlin) Risi və Kenni, "Fortuna Düsseldorf"dan Yohannesson və Kristos Tzolis, "Sent Pauli"dən Marsel Hartel və Erik Smit, "Kayzerslautern"dən isə Almami Ture yer alıblar. Ən yaxşı qolkiper isə "Sarbrüken"dən Tim Şrayber olub.
Qeyd edək ki, qeyd olunan siyahıda ölkənin ən güclü klublarından "Bavariya" və "Borussiya Dortmund"dan heç bir futbolçunun adı qeyd olunmayıb.
Mənbə: Sofascore.com