Almaniyada təşkil olunan Avropa Çempionatının qrup mərhələsinin 1-ci turunda, F Qrupu çərçivəsində keçirilən Portuqaliya - Çexiya oyunu birincilərin qələbəsi ilə yekunlaşıb - 2:1.
Oxu.Az xəbər verir ki, Çexiya millisinin heyətində 62-ci dəqiqədə Lukaş Provod hesabı açıb.
Çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olub. Portuqaliya millsinin üzvü Fransisko Konseysao 90+2-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.
Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlub edib.
Avropa Çempionatının qrup mərhələsinin 1-ci turunda, F Qrupu çərçivəsində Portuqaliya və Çexiya milli komandaları arasında oyun başlayıb.
Oxu.Az xəbər verir ki, matç Leypsiqdəki "Red Bull Arena - Centralstadion" stadionunda keçirilir.
Görüşün baş hakimi qismində italiyalı Marko Quida çıxış edir.
Qeyd edək ki, bu qrupun ilk matçında Türkiyə millisi Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.
Leypsiqdəki "Red Bull Arena - Centralstadion" stadionunda Portuqaliya və Çexiya milli komandaları arasında oyunu keçirilir.