Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.
Qeyd edək ki, matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub.
Xatırladaq ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya milliləri üz-üzə gələcəklər.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
Oxu.Az xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlirlər.
Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.
AVRO-2024: Sloveniya Danimarka ilə heç-heçə etdi