UEFA Avropa Liqasında mübarizə aparacaq təmsilçimiz "Qarabağ" klubu sentyabrın 26-da İngiltərədə turnirin Liqa mərhələsinin I turunda "Tottenhem" klubu ilə qarşılaşacaq.
Oxu.Az oyunla bağlı azərbaycanlı futbolsevərlər və idman jurnalistlərinin fikirlərini öyrənib.
İdman jurnalisti Rövşən Binnətli komandamızın "Tottenhem"lə görüşdə bütün gücündən istifadə edəcəyi, lakin qələbə qazana bilməyəcəyi qənaətindədir.
"Qarabağ"ın çətin "Tottenhem" səfərindən qələbə ilə dönməsi real hesab olunmur. Amma komandamızın axıra kimi mübarizə aparacağına əminəm", - deyə R.Binnətli bildirib.
İdman jurnalisti Emin Şəmsiyev isə komandamızın UEFA Avropa Liqasının Liqa mərhələsində pley-offa vəsiqə əldə edəcəyinə əmindir:
"Tottenhem"lə görüşdə qələbə qazanmaq elə də asan deyil. Amma növbəti görüşlərdə xal toplamaq və pley-offa yüksəlmək mümkündür".
İdman jurnalisti Mehman Süleymanov da həmkarlarının fikirləri ilə razıdır:
"Tottenhem" bizim üçün çətin rəqib olsa da, digər klublarla görüşlərdə qalib gələ və xallar qazana bilərik".
İdman jurnalistləri və azarkeşlərin təmsilçimizin şansları ilə bağlı təxminlərini hazırladığımız süjetdən izləyə bilərsiniz:
Avrokubokda "Qarabağ" üçün "Tottenhem" səddi: Ağdam təmsilçisini səfərdə nə gözləyir?
Oyunla bağlı proqnozlarınızı, hesab təxminlərinizi isə rəy bölməsində qeyd etməyi unutmayın.
Biz isə Oxu.Az kollektivi olaraq, "Qarabağ"a uzun və məşəqqətli yolda uğur arzulayırıq!
Anar Həsənov
Rəylər