UEFA Avropa Liqasında ilk turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Amsterdamdakı Yohan Kroyf Arenada yerli "Ayaks" "Beşiktaş"ı qəbul edib.
İlk hissədə ev sahibləri yalnız bir dəfə fərqləniblər. İkinci hissədə isə Niderland klubu "qara qartallar"ın müqavimətini tamamilə qıraraq daha üç dəfə qonaqları mərkəzə dəvət edib.
Beləliklə, "Beşiktaş" Avropa Liqasındakı çıxışına səfərdə 4:0 hesablı məğlubiyyətlə start verib.
Günün digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb:
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) 0:2
"Roma" (İtaliya) - "Atletik" (İspaniya) 1:1
"Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya) 3:3
"Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail) 2:1
"Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan) 2:0
"Styaua" (Rumıniya) - RFŞ (Latviya) 4:1
Rəylər