UEFA Avropa Liqasının II turunda maraqlı qarşılaşmalar baş tutub.
Oxu.Az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu Latviyada yerli RFS ilə üz-üzə gəlib. "Aslanlar" ilk hissədə iki qol vursalar da, ikinci hissədə üstünlüklərini əldən verərək heç-heçəyə razılaşıblar - 2:2.
Avropa Liqası: "Qalatasaray" qələbəni əldən verdi, "Tottenhem" üç xalı iki qolla qazandı
Yarışdakı təmsilçimiz "Qarabağ"ın öncəki turda rəqibi olmuş "Tottenhem" Macarıstanda "Ferentsvaroş"un qonağı olub. London klubu hər hissədə bir qol vurmaqla qələbə qazanıb. Meydan sahibləri son dəqiqələrdə bu qollardan birinin əvəzini çıxmağı bacarıblar - 1:2.
Qeyd edək ki, iki turdan sonra turnir cədvəlinə 6 xalla "Latsio" başçılıq edir. "Tottenhem" eyni xalla 2-ci, "Qalatasaray" isə 4 xalla 5-ci pillədədir.
Rəylər