Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, milli komanda iki günün nəticəsinə əsasən dörd qızıl, bir gümüş və üç bürünc mükafat qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.
Yarışın ikinci günündə Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İmran Yusifov qızıl, Camal Feyziyev (hər ikisi +100 kq) bürünc medal əldə edib.
Ruslan Nəsirli (100 kq) yarışı yeddinci yerdə tamamlayıb.