Cüdo üzrə Azərbaycan yığması Zaqrebdə keçirilən Qran-prinin yekunlarına əsаsən 12-ci yeri tutub.
Oxu.Az xəbər verir ki, komandamız üç mükafat qazanıb.
Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medallara sahib çıxıblar.
Cüdoçularımız İtaliya, İspaniya, Gürcüstan, Avstriya, Kanada, Almaniya, Cənubi Koreya və digər ölkələrin komandalarına qalib gəliblər.
Yaponiya birinci (4-0-1), Fransa (2-1-5) ikinci və Qazaxıstan (2-1-0) isə üçüncü olub.
Ümumilikdə Qran-pridə 21 ölkənin idmançıları mükafatlar qazanıblar.
Rəylər