Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan təmsilçisi "Baku Flames" Niderland millisi ilə qarşılaşıb.
Matç rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun növbəti rəqibi Çinin U-24 yığması olacaq. Qarşılaşma saat 18:10-da start götürəcək.
Qeyd edək ki, yarışda 8 kollektiv 2 qrupda çıxış edir. A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparırlar. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, turnirdə səkkiz kollektiv iki qrupda çıxış edəcək.
A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaqlar.
B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.
Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames" klubu ilə Niderland millisi arasında baş tutacaq.
Anar Həsənov
Rəylər