Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Denis Marandiçin ayağını sındıran Pavol Safranko həmkarından və ailəsindən üzr istəyib
"Denisdən və onun ailəsindən üzr istəyirəm".
Bunu "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Pavol Safranko Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"un futbolçusu Denis Marandiç ilə mübarizə zamanı rəqibinin ayağını sındırması ilə bağlı danışarkən deyib.
O, hadisənin gözlənilmədən baş verdiyini söyləyib:
"Topu ələ keçirdikdən sonra var qüvvəmlə zərbə endirmək üçün ayağımı irəli atdıqda Denis kənardan gəldi və topa müdaxilə etməyə çalışdı. Bu vaxt ayağım onun ayağına dəydi. Amma tam səmimi deyirəm, onun gəldiyini görmədim. Ardınca nə baş verdiyinin isə hamı şahidi oldu. Denisin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını bilirəm və buna görə özümü çox pis hiss edirəm. Onun tezliklə sağalmasını arzu edirəm. Əlbəttə, oyun bitdikdən sonra ona mesaj yazdım. Həmçinin xəstəxanada ziyarət edəcəyəm. Futbol bir oyundur, normal həyat isə tam başqadır".
Qeyd edək ki, Denis Marandiç Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ağır zədə alaraq meydanı tərk edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında isə "Sabah" daha dəqiq olub - 3:1.
Rəylər