Fernando Alonso keçmiş rəqibi Mixael Şumaxerin rekordlarından birini qırıb.
Ötən həftəsonu Kanada Qran-prisində altıncı yeri tutması ilə ispaniyalı "Formula-1"də ən uzun xaltoplama müddəti üzrə alman pilotun uğurunu üstələyib.
Fernando Alonso ilk "Formula-1" xalını 9 mart 2003-cü ildə Avstraliya Qran-prisində qazanıb. O vaxtdan bəri ikiqat dünya çempionu 257 yarışda xal toplayıb.
"Circuit Gilles Villeneuve" yarışında altıncı yeri tutduqdan sonra Alonso yeddiqat "Formula-1" çempionu Şumaxerin 2012-ci ildən bəri sahib olduğu rekordunu geridə qoyub.
Şumaxerin ilk və son xalları arasında 21 il 2 ay 17 gün var idisə, Alonso üçün fərq indi 21 il 3 aydır.
Alonso ən azı 2026-cı ilə qədər "Formula-1"də qalacaq, ona görə də, yeni rekordunu daha da möhkəmləndirmək imkanı olacaq.
Mənbə: championat.com