"Red Bull"un niderlandlı pilotu Maks Ferstappen iyulun 26-dan 28-dək keçiriləcək Belçika Qran-prisində cəzalandırılacaq.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, o, on mövqe geridən start götürəcək.
Məlumata görə, cəriməyə səbəb mövsümdə beşinci mühərrik dəyişdirilməsi olub. Halbuki icazə verilən hədd dörd mühərrikdir.
Qeyd edək ki, Ferstappen "Formula-1" üzrə üçqat dünya çempionudur (2021, 2022 və 2023). O, bir mövsümdə ən çox qələbə və "Formula-1" Qran-prisində ardıcıl ən çox qalibiyyət rekorduna sahibdir.
Rəylər