"Formula-1" üzrə Avstriya Qran-prisinin qalibi "Mercedes" komandasının pilotu Corc Rassel olub.
Oxu.Az xəbər verir ki, böyük britaniyalı pilotun qələbəsi "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Lando Norrisin idarə etdiyi avtomobillərin toqquşmasından sonra rəsmiləşib.
"Spilberq" trasında baş tutan yarışın yekun nəticələrinə görə ikinci pilləni digər "Maklaren" pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Ferrari" komandasının üzvü Karlos Sayns qapayıb. Ötən gün baş tutan sıralama turunun qalibi Maks Ferstappen isə beşinci olub.
Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi iyulun 5-dən 7-nə qədər Böyük Britaniyada keçiriləcək.
Rəylər