Futzal üzrə Azərbaycan çempionatının 2024/2025-ci illər mövsümündə iştirak edəcək komandaların sayı bəlli olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Yeni mövsümdə ölkə çempionatında altı komanda iştirak edəcək. Bunlar "Araz-Naxçıvan", "Baku Fire", "Neftçi" İK, "Yasamal Bakı", U-19 və "Şuşa" klublarıdır.
Mövsümün püşkü isə oktyabrın 15-də atılacaq. I turun oyunlarına oktyabr ayının 22-də start veriləcək.
Birinci Liqada isə əvvəldən nəzərdə tutulduğu kimi, 12 komanda mübarizə aparacaq. Oyunlara isə oktyabrın 20-də start veriləcək.
Futzal üzrə yay "transfer pəncərəsi" oktyabrın 21-i saat 23:59-da bağlanacaq.
Rəylər