Gürcüstanlı qarışıq döyüş sənəti (MMA) ustası Merab Dvalişvili Las-Veqasda (ABŞ, Nevada) keçirilən "Ultimate Fighting Championship" (UFC) 306 turnirində amerikalı Şon O'Mellini məğlub edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hakimlərin yekdil qərarı ilə döyüş gürcünün qələbəsi ilə başa çatıb.
UFC çempionunun növbəti rəqibi rusiyalı Umar Nurməhəmmədov olacaq.
33 yaşlı Dvalişvilinin 18 qələbəsi və 4 məğlubiyyəti var.
Rəylər