27 yaşlı məşhur idman bloqeri və peşəkar boksçu Ceyk Pol əfsanəvi idmançı Mayk Taysona 5 milyon dollar (8 milyon 500 min manat) ödəyəcəyini vəd edərək mərc təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
"Mayki, əgər mənimlə dörd raunddan çox dayansan, sənə əlavə 5 milyon dollar verəcəyəm! Amma bunu etməsən, "Mən Ceyk Polu sevirəm" sözlərini bədəninə döymə etdirməli olacaqsan. Razısan, ya yox?" , - Polun sözlərini "USA Today" sitat gətirir.
Qeyd edək ki, Pol və Tayson arasında boks görüşü noyabrın 15-də Arlinqtonda (ABŞ) nəzərdə tutulub. Onların döyüşü hər biri iki dəqiqəlik səkkiz raundluq döyüşdən ibarət rəsmi döyüş statusuna malik olacaq.
Xatırladaq ki, Tayson sonuncu rəsmi döyüşünü 2005-ci ildə keçirib.
6 avqust 2024-cü ildə Ceyk Pol yekdil qərarla keçmiş UFC nümayəndəsi Neyt Diazı məğlub edib.
Rəylər