Qarışıq döyüş növləri üzrə Mütləq Döyüş Çempionatı (Ultimate Fighting Championship - UFC) yarımağır çəki dərəcəsində döyüşən idmançıların qazandığı məbləğlər bəlli olub.
Oxu.Az xəbər verir ki, Xəlil Rauntri ilə qarşılaşan çempion Aleks Pereyra qələbəyə görə ümumilikdə 2 742 000 dollar qazanc əldə edib. Xəlil Rauntri isə arenanı 1 382 000 dollarla tərk edib.
Qadın döyüşçü Rakel Penninqton Culianna Penyaya məğlub olsa da 1 392 000 dollar qazanıb. Penya isə qalib gəlsə də 1 032 000 dollar qazanc əldə edib.
Oktyabrın 6-da baş tutmuş UFC 307 turnirinin digər iştirakçılarının qazancları isə belə olub:
Jose Aldo - 421 000 dollar
Kevin Holland - 371 000 dollar
Stiven Tompson - 320 000 dollar
Kurt MakQi - 316 000 dollar
Xoakin Bakli - 311 000 dollar
Ryan Spann - 271 000 dollar
Roman Dolidze - 220 000 dollar
Rəylər