"Bu qalibiyyəti Elnur Məmmədliyə borcluyam".
Bunu Oxu.Az-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışda dünya çempionu olan 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
26 yaşlı idmançı ona inandığı üçün Elnur Məmmədliyə xüsusi təşəkkür edib.
"Təbriklərə görə hər kəsə təşəkkür edirəm. Bu üç həftə ərzində mən həm Avropa, həm də dünya çempionu oldum. İnsan bu anı özü yaşamasa, nə hiss etdiyimi başa düşə bilməz. 11 il sonra ikinci dəfə dünya çempionu olduq. Bunu Elnur Məmmədliyə borcluyam, o məni dünya çempionu etdi", - deyə, idmançı qeyd edib.
Anar Həsənov
Rəylər