Azərbaycan Gənclər və İdman Nazirliyi idmançıların sentyabr ayına olan reytinq cədvəlini təqdim edib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, siyahıya 590 xalla Olimpiya çempionu Hidayət Heydərov başçılıq edir.
Aktivində 500 xalı olan Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci pillədə qərarlaşıb.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev isə 470 xalla üçüncü olub.
Qeyd edək ki, ilk 10-u cüdoçu Zelim Tıçkayev tamamlayır. Onun aktivində isə 280 xalı var.
Rəylər