İtaliya A Seriyasının 2024/2025 mövsümünün 9-cu turunun "İnter" - "Yuventus" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Milanda "San Siro" stadionunda çıxış ediblər. Matçı Marko Quidanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Komandalar 4:4 hesablı sülhə imza atıblar.
Meydan sahiblərinin 2 penaltisini Pyotr Zelinski qola çevirib, komandanın daha iki qolunu Henrix Mxitaryan və Denzel Dümfris vurublar. Qonaqların heyətində Kenan Yıldız dubla imza atıb. Həmçinin Duşan Vlahoviç və Timoti Vea da fərqləniblər.
Keçirilən doqquz matçdan sonra "İnter" 18 xal toplayaraq 2024/2025-ci illər mövsümündə A Seriyasının turnir cədvəlində ikinci yerdədir. "Yuventus" eyni sayda oyundan sonra 17 xalla üçüncü pillədə qərarlaşıb. "Napoli" 22 xalla liderdir.
Rəylər