"Qalatasaray"ın iki futbolçusu Rusiyanın "Spartak" (Moskva) klubuna keçir.
Oxu.Az NTVspor.net-ə istinadla xəbər verir ki, "Spartak" Kerem Aktürkoğlu və Derik Köhn üçün ümumilikdə 22 milyon avro təklif edib.
"Qalatasaray" rəsmiləri təklifi bəyəndikləri üçün futbolçuların keçidinə icazə verəcəklərini bildiriblər.
Qeyd edək ki, Kerem Aktürkoğlu "Spartak" (Moskva) klubundan 3.5 milyon avro maaş tələb edib.
Rəylər